Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Yerevanın mərkəzində polis zorakılığı – FOTO

Müxalifət qüvvələrin tərəfdarları Ermənistan paytaxtında etiraz aksiyası keçirirlər.

Yerevanın mərkəzi küçələrində 400 nəfərə yaxın insan hakimiyyətin istefasını tələb edir.
Moderator.az -ın İnterfax-a istinadən məlumatına görə, etirazçılar bir qrup silahlı şəxsin Erebuni rayonunda polis şöbəsinin binasını ələ keçirməsini dəstəkləyirlər, həmçinin Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda hər hansı ərazi güzəştlərinin istisna olmasını tələb edirlər.
Bildirilir ki, Yerevan polisi icazəsiz aksiyasını güc tətbiq edərək dağıdıb.
Qeyd edək ki, iyulun 17-də bir qrup silahlı şəxs İrəvan ətrafındakı Erebuni rayonunda polis şöbəsinin binasını ələ keçirib. Onları polis tərəfindən saxlanılmış Qarabağ müharibəsi veteranı Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər. Hadisə zamanı bir polis ölüb, 3-ü yaralanıb.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Rusiya təyyarəsini vuran pilotlar həbs olundu

%d bloqqer bunu bəyənir: