Advertisements
24 saat

Yerevandakı toqquşmada yeniyetmə gözünü itirib


Ermənistan hakimiyyəti paytaxtda mitinq edənlərlə polis arasındakı toqquşmaların bütün nəticələri və təfərrüatlarını müəyyənləşdirməkdə davam edir.

24saat.org-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, qarşıdurmalardan birinin qurbanı oradan təsadüfən keçən 17 yaşlı Sayat Arutyunyan olub.

 

“Qardaşım paytaxta Qeqarkun vilayətindən gəlib ki, avqustun 8-də olacaq ad gününə paltar alsın. Mən evdə olmamışam, işdəydim, o, şəhərdə gəzmək qərarına gəlib və piyada mərkəzə gedib”, – yeniyetmənin bacısı Svetlana Arutyunyan deyib.

 

İyulun 29-da axşam saatlarında Yerevandakı qarşıdurma zamanı 160-a yaxın etirazçı saxlanılıb. Polis mitinçilərin dağıdılması üçün tüstü buranan şaşkalardan və qumbaralardan istifadə edib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: