Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Yerevandakı qiyamçıların dəqiq sayı bilindi

İyulun 25-də Ermənistan polisi bir həftədən çoxdur paytaxt Yerevanda patrul mühafizə polkunu əlində saxlayan basqınçıların adlarını açıqlayıb və fotolarını yayıb.

 

Virtualaz.org “İnterfaks”a istinadən bildirir ki, silahlı qrupun 31 üzvü var.

Onlardan biri yaralandığı üçün xəstəxanadadır.

Xatırladaq ki, Yerevanda gərginlik iyulun 17-nə keçən gecə başlayıb. Həmin gecə patrul-mühafizə polkuna basqın edən silahlılar polis əməkdaşlarını girov götürüb, radikal müxalifətçi Jirayr Sefilyanı həbsdən buraxmaq tələbi qoyublar. Basqın zamanı polis polkovniki Artur Vanoyan həlak olub, 1 basqınçı, 5 polis yaralanıb.

İlk günlərdə basqınçılar bir neçə polis əməkdaşını azad etmişdilər. Sonuncu 4 polis, o cümlədən Ermənistan Polisinin rəis müavini Vardan Yeqizaryan və Yerevan polisinin rəis müavini Valeri Osipyan isə iyulun 23-də girovluqdan buraxılıblar. İndi basqınçıların əlində heç bir girov olmasa da, onlar silahı yerə qoymaqdan imtina edir, Jirayr Sefilyanın, başqa müxalifətçilərin azadlığa buraxılması və hökumətin istefası tələbləri səsləndirirlər.

“Yeni Ermənistan” və “Təsis Məclisi” hərəkatlarının lideri olan Jirayr Sefilyan ötən ay tutulub, qanunsuz silah saxlamaqda ittiham olunur.

İyulun 24-ü axşam basqınçılar patrul mühafizə polkundan 15 metr aralıda olan polis mikroavtobusunu yandırıblar. Onlar havadan çəkiliş aparan dronu da məhv ediblər. Basqınçıların bu addımı elektrik enerjisinin, rabitənin, ərzaq təminatının kəsilməsinə etiraz əlaməti olaraq atdığı bildirilir.

İyulun 25-i patrul mühafizə polkunun yaxınlığında mətbuat konfransı keçirən “Təsis Məclisi”nin üzvü Alek Yeniqomşyan deyib ki, polku əlində saxlayan şəxslər 32 saatdır yeməkdən, sudan, işıqdan və rabitədən məhrum ediliblər. Onun sözlərinə görə, hökumət bu problemləri aradan qaldırmasa, vəziyyət nəzarətdən çıxa bilər.

Alek Yeniqomşyan deyib ki, silahlı qrup problemləri həll etmək üçün hakimiyyətə bu gün axşama qədər vaxt verib.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Oliqarx övladlarının FANTASTİK AVTOMOBİLLƏRİ – FOTOLAR

%d bloqqer bunu bəyənir: