Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Yerevanda yenə Serj Sarkisyanın istefasını tələb edirlər

Ermənistanda qısa sakitlikdən sonra xalq ayağa qalxıb. Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, bu dəqiqələrdə Yerevanın Azadlıq meydanında “Sasna Tsrer” üsyançılarının tərəfdarları kifayət qədər çox adamın toplaşdığı mitinq keçirirlər.

Dünən girov müqabilində azadlığa çıxmış “İrs” müxalifət partiyasının sədr müavini Armen Martirosyan deyib:

“Biz prosesi başlamışıq və mövqelərimizdən çəkilmək niyyətində deyilik. Biz bunu etsək, Ermənistan birdəfəlik Sarkisyanın kriminal rejiminin əlində batacaq. Biz bunu etsək, Kremlin əlaltılarının vasitəsilə vətənimizi Rusiyaya hədiyyə edirik. Məqsədimiz dəyişməyib, indiki cinayətkar hakimiyyətin istefasına və yeni, ədalətli və effektiv idarəçilik modelinin formalaşmasına nail olmağa çalışacağıq”.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Türkiyə Nazirlər Kabinetinin 18 əməkdaşı saxlanılıb

%d bloqqer bunu bəyənir: