Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
36aa5609-d948-4d4b-ae23-9f31dc827802_cx0_cy10_cw0_w987_r1_s_r1

Yerevanda terrorçu təşkilatların yeni siyahısı hazırlanacaq

Bu gün, oktyabrın 14-də Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının sessiyası keçirilir. Toplantıda üzv ölkələrin—Rusiya, Ermənistan, Belarus, Tacikistan, Qırğızıstanın prezidentləri iştirak edəcək.

Qazaxıstan prezidenti Nursultan Nazarbaev xəstələndiyindən tədbirə qatılmayacaq. Astana ölkəni tədbirdə baş nazir Baqytzhan Saghyntaev-in təmsil edəcəyini bildirir.
«HƏRBİ POTENSİAL ARTIRILMALIDIR»
Ermənistan mətbuatının rəsmi mənbələrə əsaslanaraq yazdığına görə, sessiyada KTMT zonasındakı durum, kollektiv təhlükəsizlik sisteminin inkişafı, beynəlxalq terrorla mübarizə məsələlərinin müzakirəsi nəzərdə tutulub. “Vestnik Kavkaza” saytının məlumatına görə, toplantıda terrorçu təşkilatların yeni siyahısı tərtib olunacaq.
KTMT-nin baş katibi Nikolai Bordyuzha bu günlərdə jurnalistlərdə söhbətində deyib ki, siyahıya qurum üzvü olan ölkələrin ərazisindəki terror qruplarının adı salınacaq.
N.Bordyuzha-nın sözlərincə, KTMT-nin əsas məqsədi üzv ölkələrin təhlükəsizliyinin təmin olunmasıdır.
Ermənistanın “Asbarez” qəzeti KTMT-nin sülh və təhlükəsizliyə siyasi yolla nail olmağa çalışdığını yazsa da, Bordyuzha-nın hərbi potensialın artırılmasının zəruriliyi barədə dediklərini də vurğulayır.
N.Bordyuzha bu haqda bu həftə Yerevanda «ArmHiTec-2016» beynəlxalq silah və müdafiə texnologiyaları sərgisində danışıb. O deyib ki, «bütün cəhdlər təhlükəsizliyin siyasi vasitələrlə, mövcud siyasi potensialdan yararlanmaqla təminatına yönəldilir. Amma hadisələrin gedişatı və məntiqi təşkilatın hərbi potensialının artırılmasına ehtiyac olduğunu göstərir».
e237e90b-f2e9-4407-9a57-3564e2089418_cx1_cy12_cw97_w610_r1_s_r1
«ORDULAR SINAĞA HAZIR OLSUN»
N.Bordyuzha bildirib ki, KTMT ölkələri ətrafında yaradılan bazalar da üzv ölkələrin suverenliyi və toxunulmazlığını təmin etmək məqsədi daşıyır. Bordyuzha həmçinin, qurum ölkələrində orduların bütün sınaqlara hazır duruma gətirilməli, bundan ötrü yaxşı silahlanmalı olduğunu deyib. O, Yerevanda açılan silah sərgisinin yeni hərbi texnologiyaların yaradılması potensialından xəbər verdiyini, eləcə də KTMT ölkələri arasında əməkdaşlığın möhkəmliyini göstərdiyi söyləyib, hərbi-iqtisadi və hərbi-siyasi əməkdaşlıq üçün əllərindən gələni edəcəklərini deyib.
Bu həftə N.Bordyuzha həm də Ermənistan prezidenti Serzh Sarkisian-la görüşüb. Onlar kollektiv təhlükəsizlik strategiyasını, regional və beynəlxalq məsələləri götür-qoy ediblər.
KTMT-in öncəki toplantısı ötən ilin dekabrında Moskvada olub. Hazırda təşkilata sədrliyi Ermənistan etdiyinə görə toplantı Yerevanda keçirilir. Gələn sessiyanın Belarusda keçirilməsi planlanır.
Sessiya ərəfəsində, oktyabrın 13-də bir qrup müxalifətçi Yerevanda yeni tikilən KTMT Akademiyası binasının damından plakat asıb. Plakatda Rusiya prezidenti Vladimir Putin-in Ermənistandan kənar durması tələb olunur. Müxalifətçilərdən Davit Sanasarian AzadlıqRadiosuna müsahibəsində deyib ki, «KTMT Rusiyanın təşkilatıdır və Ermənistanın təhlükəsizliyini gücləndirməkdən ötrü heç nə etmir».

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Azərbaycan Suriyaya humanitar yardım edə bilər, amma…

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: