Advertisements
24 saat

Yerevanda Sarkisyanın istefası tələb olunur


Cümə günü axşam Yerevanda təxminən 1500 nəfər mitinqə toplaşıb. Mitinq iyulun 17-dən silahlı qrupun əlində saxladığı polis idarəsi binasının yaxınlığında keçirilir. Zəbt edilmiş binanın ətrafı polis tərəfindən mühasirəyə alınıb.

Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, mitinqdə çıxış etmiş Ermənistan parlamentinin müxalifətçi deputatı Nikol Paşinyan prezident Serj Sarkisyanın istefasını tələb edib. O, ölkə rəhbərliyinin siyasətini tənqid atəşinə tutub.

«Fəaliyyətimizin əsas məqsədlərindən biri Serj Sarkisyanın istefası olmalıdır», – Paşinyan deyib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: