Advertisements
24 saat

Yerevanda qiyamçılar 2 nəfəri sərbəst buraxdı


Yerevanda polis binasını ələ keçirən silahlı şəxslər girov götürdükləri 6 nəfərdən ikisini buraxıblar, lakin təslim olmaqdan imtina edirlər.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Şurasının bəyanatında bildirilib.

 

Bəyanatda bildirilib:

 

“İyulun 18-nə keçən gecədən davam edən uzunmüddətli danışıqların nəticəsində bir polis əməkdaşını və təcili tibbi yardım maşınının sürücüsünü xilas etmək mümkün olub. Həmin silahlı şəxslər təslim olmaq istəmirlər. Girov götürülən şəxslərin həyatı və sağlamlığı hələ də təhlükədədir”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: