Advertisements
24 saat

Yerevanda nümayişçilər xarici işlər və müdafiə nazirinin istefasını tələb edir


Yerevanda xarici işlər və müdafiə nazirlərinin istefası tələbi ilə etiraz yürüşü keçirilir.

Virtualaz.org “Ermənistan xəbərləri” portalına istinadən xəbər verir ki, aksiya iştirakçıları Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində ölən hər bir silahlı erməni ailəsinə dövlət büdcəsindən 30 min dollar, yaralılara isə minimum 5 min dollar məbləğində maliyyə yardımı ayrılmasını, xarici işlər naziri Edvard Nalbandyan, müdafiə naziri Seyran Ohanyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Yuri Xaçaturyan, onun müavini Aykaz Baqmanyanın istefasını tələb edirlər.

Bundan başqa, yürüş iştirakçıları Dağlıq Qarabağla bağlı status-kvonun saxlanması, “bitişik rayonlar da daxil olmaqla, ərazi güzəştinə gedilməməsi” kimi tələblər irəli sürüblər.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: