Yerevanda iğtişaş törədən 16 nəfər haqda cinayət işi açıldı

Ermənistanın paytaxtı Yerevanda ötən gecə baş verən kütləvi iğtişaş zamanı saxlanılan 16 nəfər barəsində cinayət işi açılıb.

24saat.org  Ermənistan KİV-nə istinadən xəbər verir ki, aksiya iştirakçıları polisə müqavimət göstərməkdə və dövlətə məxsus əmlakı məhv etməkdə təqsirləndirilirlər.

 

Toqquşmalar zamanı ümumilikdə, 136 nəfər saxlanılmış, 51 nəfər o cümlədən 28 polis əməkdaşı xəsarət almışdı.

 

Aksiyalar iyulun 17-də Yerevanda post patrul xidməti alayının binasını ələ keçirən silahlı müxalifət üzvlərinə dəstək məqsədilə keçirilmişdi.

Jurnalistdən Rauf Arifoğluna şok ittiham

Sonrakı Yazı »

Türkiyədə bir general həbs olundu, biri də azadlığa buraxıldı

%d bloqqer bunu bəyənir: