Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Yerevanda etirazların yeni dalğası başladı

Yerevanda silahlıların ələ keçirdiyi polis şöbəsi yaxınlığında müxalifətin növbəti mitinqi başlayıb.

Nümayişçilər silahlı qrupun qida, rabitə, tibbi xidmətlə təmin edilməsini, eləcə də zəbt edilən binada elektrik enerjisinin bərpasını tələb edirlər.

Bildirilir ki, əks təqdirdə müxalifət tək Yerevanda deyil, Ermənistanın digər rayonlarında da itaətsizlik aksiyaları keçirəcək.

Novosti Armeniya-nın verdiyi məlumata görə, ilk olaraq “İrs” partiyasının nümayəndəsi Armen Martirosyan çıxış edib. Müxalifət nümayəndəsi deyib ki, hökumət xalqa qarşı muzdlulardan və texnikadan istifadə edilməyəcəyinə söz verməlidir.

“Təsis Məclisi”nin nümayəndəsi Alek Yeniqomşyan isə bildirib ki, qiyamçılar özlərini qalib hiss edir və bir addım da geri çəkilmək niyyətində deyillər.

O, həmçinin bildirib ki, səhər hakimiyyət orqanlarına ultimatum təqdim ediblər və saat 20-də onun müddəti başa çatıb.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Qırğızıstan Türkiyə hökumətinə rədd cavabı verdi

%d bloqqer bunu bəyənir: