Advertisements
24 saat

Yerevanda Çexiya prezidentinə 400 litr konyak bağışladılar


Çexiya prezidenti Miloş Zemana Yerevanda 400 litr erməni konyakı bağışlayıblar.

Virtualaz.org bildirir ki, məlumatı erməni KİV-i yayıb.

Məlumatda deyilir ki, Ermənistana rəsmi səfərinin sonuncu günü Çexiya prezidenti məşhur “Ararat” konyakının istehsal olunduğu Yerevan konyak zavoduna baş çəkib.

Zavodda çex liderinə üstündə xüsusi lövhə olan 400 litrlik konyak çəlləyi bağışlayıblar.

“İçki lazımi dad keyfiyyəti alana qədər çəllək buradakı zirzəmidə qalacaq, Zeman isə istədiyi vaxt dadına baxmaq üçün onun nümunəsini Praqaya göndərməyi xahiş edə bilər”, – deyə məlumatda vurğulanır.

 

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: