Yerevan Azərbaycana və Ermənistana embarqo qoyulmasını istəyir

Yerevan Cənubi Qafqaz regionunda münaqişə tərəfi olan ölkələrə silah satılmasına tam embarqo qoyulmasını istəyir.

Virtualaz.org erməni KİV-nə istinadən bildirir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Şavaş Koçaryan deyib.

“Mən regiondakı münaqişə tərəflərinin hamısı üçün silah satışına tam embarqo qoyulmasının tərəfdarıyam. ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələr-ABŞ, Rusiya və Fransa BMT Təhlükəsizlik Şurasında buna nail ola bilərlər. Bu düzgün olardı”, – deyə Ş.Koçaryan Avstriyada çıxan Die Presse qəzetinə verdiyi müsahibədə vurğulayıb.

“Embarqo Ermənistana da şamil olunacaqmı” sualına cavabında nazir müavini deyib: “Təbii. Bunların hamısı həmsədrlərin nüfuzundan asılıdır”.

Ziya Məmmədovun müşaviri həbsin astanasında – SABİQ NAZİRİN BAŞI DƏRDDƏ

Sonrakı Yazı »

Hüseyn Abdullayev növbəti dəfə hakimiyyəti ittiham etdi

%d bloqqer bunu bəyənir: