Now Reading:
Yer kürəsi asteroid ilə TOQQUŞA BİLƏR
Full Article 40 second read

Yer kürəsi asteroid ilə TOQQUŞA BİLƏR



Amerika alimləri diametri 487 metr olan Bennu asteroidinin saatda yüz min kilometrdən böyük sürətlə Yer kürəsinə yaxınlaşdığını bildiriblər.

Elm adamları bu göy cismi ilə toqquşma nəticəsində dünyanın tamamilə məhv ola biləcəyini söyləyirlər. Mütəxəssislərin sözlərinə görə, toqquşma 2175-2196-cı illər arasında baş verə bilər. Proqnozların düz çıxacağı təqdirdə baş verən zərbənin gücünün üç milyard ton partlayıcı maddənin partlamasına bərabər olacağı bildirilir. Bennu asteroidinin öyrənilməsi üçün xüsusi zondun səmaya buraxılması gözlənilir. Alimlər o zamanadək elmin bu böyüklükdə təhlükələrin qarşısını alacaq qədər inkişaf edəcəyinə ümid edirlər.

Bu göy cismi hər altı ildən bir Yerin orbitini kəsib keçir və hər dəfə planetə bir az da yaxınlaşır. Alimlərin fikrincə, Bennu 2175-ci ildə Ay və Yerin arasından keçəcək ki, bu da toqquşmaya səbəb ola bilər.(AZƏRTAC)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: