Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
14699516_1202923873115710_1749379914_o

Yeni sayt gəlir

Bu gündən “Bakı Post” (http://bakipost.az/) saytı yeni, modern informasiya resursu kimi istifadəyə verilir.

Sayta bakipost.az və bakupost.az domenlərindən giriş olacaq. Sayt rəhbərliyinin mətbuat üçün yaydığı xülasədə deyilir: “Bakı Post”un hədəfi ölkəmizin informasiya mühitində canlanma yaratmaq və məlumata daha tez çatmaqla cəmiyyətin operativ informasiya ehtiyacının ödənməsinə xidmət etməkdir. Demokratiya və plüralizm prinsiplərinə əsaslanan “Bakı Post”, hər bir izləyənin azad tribunasına çevriləcək. Bu sayt yalnız xəbər dərc etməklə kifayətlənməyəcək, təhlillər, rəylər, mütəxəssis fikirləri ilə baş verən hadisələrin əsl mahiyyətini açmağa çalışacaq.
İnanırıq ki, “Bakı Post”, qısa müddət ərzində obyektiv xəbərlərin ünvanı, oxucuların etibar etdiyi, güvəndiyi bir portala çevriləcək. Ölkəmizə “Bakı Post”un pəncərəsindən baxın. Daha gerçək bir ölkə görmək üçün!”
Saytın rəhbəri Elçin Zahiroğludur.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Yağışdan sonra şok görüntü – VİDEO

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: