Loading...
Loading...
wqqqqq

Yeni qayda: İşıq pulu belə hesablanacaq: “Azərişıq” açıqladı

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı ilə əlaqədar tarif tənzimlənməsi aparılıb.

Şuranın qərarı ilə təbii qazın tarifi elektrik enerjisi istehsalı müəssisələri üzrə min kubmetr üçün 120 manat, qeyri-əhali istehlakçı qrupu üzrə isə 200 manat səviyyəsində təsdiq edilib.

Təbii qazın əhali istehlakçı qrupu üzrə tarifləri 2017-ci ilin yanvar ayının 1-dən, qeyri-əhali qrupu üçün isə 2016-cı ilin 1 dekabr tarixindən tətbiq olunacaq. Dövlət Neft Şirkətinin məlumatına əsasən, əhali abonentlərinin 62%-nin illik istehlak həcmi 1500 kubmetrdən aşağıdır və diferensial tariflərin tətbiqi nəticəsində həmin abonentlərin, o cümlədən bu kateqoriyaya aid olan aztəminatlı ailələrin təbii qaz üzrə ödənişlərində artım olmayacaq.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Tanrıverdi Mustafayevin sözlərinə görə, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat saatadək olan istehlakçılar üçün köhnə tarif- 7 qəpik saxlanılacaq. Aylıq istehlak həcminin 250 kilovat saatdan çox olan hissəsi üçün isə yeni tarif- 11 qəpik müəyyənləşdirilib. “Azərişıq” ASC-nin məlumatına görə, əhali abonentlərinin 72%-nin aylıq istehlak həcmi 250 kilovat saatdan azdır. Şuranın qərarı ilə qeyri-əhali qrupu üzrə elektrik enerjisinin pərakəndə satış tarifi 9 qəpik səviyyəsində təsdiq edilib.

 

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

İqtisadçı alim bahalaşma qərarını qınadı – Saat qurşağını belə düzgün seçə bilməyən hökümət…

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: