Yeni kreditləşmə modeli elan ediləcək

Maliyyə Bazarlarına Nəzarət Palatasında ölkədə fəaliyyət göstərən kommersiya bankları ilə görüş keçirildiyi bildirilir.

«Report»un xəbərinə görə, görüşdə ölkənin maliyyə sistemində tətbiqi nəzərdə tutulan yeni kreditləşmə modelinin təqdimatı keçirilib. Yeni model ətrafında müzakirələr aparılıb.

Görüşdə əsasən, dollar kreditləşməsi ilə bağlı məsələnin müzakirə edildiyi bildirilir. Yeni modelin ictimaiyyətə bu həftə açıqlanacağı gözlənilir.

Ölkədə xarici valyutada istehlak kreditlərinin verilməsi aprelin 5-dən etibarən bir ay müddətinə dayandırılıb. Palata bu müddətin uzadılması hüququnu da özündə saxlayıb.

Bundan əlavə, Maliyyə Bazarlarına Nəzarət Palatası ötən aydan Azərbaycanda təqaüdçülərə istehlak kreditlərinin verilməsi prosesinin müvəqqəti dayandırılmasını tövsiyə edib.

Şollar su kəmərinin təhlükəsizliyi şübhə altında – BAKI TƏHLÜKƏ QARŞISINDA

Sonrakı Yazı »

”İnşaat bölməsində tənəzzül daha da dərinləşir”

%d bloqqer bunu bəyənir: