Advertisements
24 saat

Yeni doğulan körpələrə Şərq, Cənub, Qərb və Şimal adı qoyuldu


Çinin Şandun əyalətinin sakini yeni doğulan 4 övladına Syaodun (Şərq), Syaonan (Cənub), Syaosi (Qərb) və Syaobey (Şimal) adlarıbı qoyub.

24saat.org xarici mediaya istinadən bildirir ki, iki cüt doğulan (ikisi qız, ikisi oğlan) körpələr bu il iyulun 4-də dünyaya gəliblər.

27 yaşlı ana Li Tsyuan müəllimə işləyir, o, bir neçə il əvvəl ərə gedib. Ərlə-arvad uşaqları olmasını çox istəsələr də, bu illərdə alınmırdı. Li Tsyuan həkimin məsləhəti ilə dərman qəbul etməyə başlayıb və ötən ilin noyabr ayında hamilə qalıb.

Hamiləliyinin 9 həftəliyində ona 4 övladı olacağını deyiblər. Köprələr qeysəriyyə əməliyyatı vasitəsilə – vaxtından əvvəl, 33-cü həftədə doğulublar. Ən balacasının çəkisi 1,75 kiloqramdır. Onların səhhətində bəzi problemlər olduğundan bir aya yaxın xəstəxanada nəzarət altında saxlanacaqlar.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: