Loading...
Loading...

Yenə atırlar

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan istifadə etməklə, sutka ərzində atəşkəsi 116 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan rayonunun Paravakar, Berkaber kəndlərindən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı kəndləri atəşə tutulub.

Habelə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Əlibəyli, Ağbulaq kəndlərinin vurulduğu açıqlanır.
Nazirliyin bildirməsinə görə, Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Kəngərli, Novruzlu, Mərzili, Qaraqaşlı, Yusifcanlı, Sarıcalı və Nəmirli kəndləri də atəş altında qalıb.

Bundan başqa, Xocavənd, Füzuli, Cəbrayıl, Göygöl və Goranboy rayonlarının da bəzi məntəqələrinin atəşə tutulduğu qeyd edilir.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələri də qarşı tərəfə atəş zərbələri endirib.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Talış kəndindən 370 erməni Ermənistana qaçıb

%d bloqqer bunu bəyənir: