Now Reading:
Yenə dolu gözlənilir
Full Article 40 second read

Yenə dolu gözlənilir


İyunun 17-si Bakı və Abşeron yarımadasında ciddi yağıntı gözlənilmir. Lakin səhər yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeronda gecə 18-21, gündüz 25-30, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq.

Sabah Azərbaycanın aran rayonlarında da yağıntı gözlənilmir. Gecə və axşam bəzi şimal, qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı bildirilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimal edilir. Gecə 16-21, gündüz 29-34, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti olacaq.

Son həftələr ölkənin bir sıra bölgələrinə dolu düşüb. Nəticədə əkin sahələrinə ciddi ziyan dəydiyi bildirilir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: