Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Yaxşı olar ki, o deputatlar pay kimi aldıqları statusları haqda düşünsünlər”

Eldəniz Quliyev: “Fundamental insan azadlıqlarını qorumaq demokratiyanı qorumaq deməkdir”

Son vaxtlar bəzi millət vəkilləri media üzərində senzuranın tətbiqinin zəruriliyi ilə bağlı fikirlər səsləndirməkdədir. Onların fikrincə, medianın “hədsiz azadlığı” bəzi hallarda zərərli nəticələrə səbəb olur ki, bunu önləməyin yeganə yolu media üzərində senzuranın tətbiqidir.

Məsələ ilə bağlı 24saat.org-a açıqlama verən Azərbaycan Ziyalılar Birliyinin rəhbəri Eldəniz Quliyev bu yanamanın kökündən yanlış olduğunu vurğuladı:

“Senzura demokratiyanın düşmənidir. Senzura və demokratiya bir biri ilə təzad təşkil edir. Insan azadlığı, söz və mətbuat azadlığı, digər fundamental azadlıqlar qadağalardan daha üstündür. Bunları qorumaq demokratiyanı qorumaq deməkdir. Yaxı olar ki, senzura məsələsini gündəmə gətirən millət vəkilləri o kresloda təyinatla oturduqları haqda düşünsünlər. Onlar millət vəkili statusunun onlara pay kimi verilməsi haqqında fikirlərşsinlər. Yaxşı olar ki, onlar fundamental insan haqarının müdafisinin qeydinə qalsınlar, bu istiqamətdə iş aparsınlar. Qoy onlar insanların yaşayış səviyyəsinin yüksəldilməsi haqqında düşünsünlər. Yoxsa bir-birindən ciddi problemləri bir kənara qoyub senzuranın tətbiqini gündəmə gətirmək absurddur”.

Seymur Əliyev

24saat.org

 

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Hakimiyyət daxilində “Gülən kompromatı”

%d bloqqer bunu bəyənir: