Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
Bank-1.jpg

“Yaxın gələcəkdə daha bir neçə bank bağlanacaq” – Ekspertdən həyəcan siqnalı

2016-cı ilin avqust ayında iyul ayı ilə müqayisədə ödəniş kartlarının sayı 158 min ədəd azalaraq 5 milyon 270 min ədədə düşüb.

Təkcə 2016-cı ilin 8 ayı ərzində kredit kartlarının sayı 282 min ədəd azalıb. Bu isə banklardakı mövcud durumun daha da ağır olduğunu sübut edir.

İqtisadçı ekspert Qalib Toğrul Qaynarinfo.Az-a əhalinin bank kartlarından imtina etməsinin səbəblərini belə şərh etdi:

“Artıq günü-gündən banklara olan inam azalır. Bunun da nəticəsi olaraq, nağdsız ödənişlərin sayında azalmalar müşahidə olunur və əhali  kredit kartından sürətlə imtina edir. Düzdür, kartlardan imtina edilməsinin başqa səbəbləri də var. Banklar bağlanır, filiallar bağlanır, əhalinin istifadəsi üçün qoyulan bankomatlar yığışdırılır. Artıq bankomatları harada istəsək tapa bilmirik. Vergi islahatlarında da nəzərdə tutulur ki, nəğdsiz ödənişlərin səviyyəsi artırılsın. Amma bu yaxın zamanlarda baş tutmayacaq. Digər səbəb də budur ki, banklar kartlardakı pulun nəğdləşdirilməsi bağlı komission haqlarını artırdılar. Təkcə, müştərilər kartlardan imtina etmir. Ödəmə qabiliyyəti aşağı düşdüyündən banklar çalışırlar ki, müştərilər borclarını bağlasın və bu zaman kredit kartlarının saylarının azalması da buna səbəbdir”.

Ekspert yaxın gələcəkdə bir neçə bankın bağlanacağını açıqladı:

“Yaxın gələcəkdə bank sisteminin sağlamlaşdırılması ilə bağlı müsbət tendensiya görmürəm. Günü-gündəm bankların müflisləşməsi, kredit borclarının artması, müştərilərin ödəmə qabiliyyətinin aşağı düşməsi prosesi daha da sürətləndirəcək. Yəqin bunun şahidi olacağıq ki, bir neçə bank da bağlanacaq. “Bank Standard”ın bağlanması bir daha bunu sübut etdi. Çox güman ki, bankların sayının 15-20 arası olması gözlənilir. Amma bu proses bankların daha sağlam olduğu dönəmdə getməli idi. İndiki dönəmdə həm vətəndaşlar üçün, həm də banklar üçün çox ağrılı olacaq”.

Qeyd edək ki, 30 sentyabr tarixində Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarı ilə “Bank Standard” QSC-nin lisenziyası ləğv edilib.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Ətin qiyməti qalxdı

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: