Loading...
Loading...

“Yaşıl Zona”dan çıxdılar

Bağdadda “Yaşıl Zona”ya girmiş etirazçılar siyasi tələblər irəli sürəndən sonra ərazini tərk ediblər. Ancaq siyasi liderlərə təzyiqi saxlamaq üçün qayıdacaqlarına söz veriblər.

“Yaşıl Zona”da hökumət binaları yerləşir. Aprelin 30-da yüzlərlə etirazçı təhlükəsizlik baryerlərini aşaraq parlamentə hücum etmiş, deputatlara hücum çəkmişdi.

Mayın 1-də təşkilatçılar etirazçıları dağılışmağa çağırıb və onlar ərazidən dinc şəkildə çıxıblar. Onlar, əsasən, şiə ruhanisi Muqtada al-Sadr-ın tərəfdarlarıdır.

Daha öncə Baş nazir Haidar al-Abadi iğtişaşçıların həbsinə göstəriş verib.(azadliq.org)

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

İran parlamentində rekord sayda qadın

Loading...
%d bloqqer bunu bəyənir: