Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Yaralılardan E.Məmmədov Bakıya gətirilir

Ötən həftə cəbhədə atəşkəsin pozulması zamanı yaralanan Elnur Məmmədov Bakıya gətirilir.

APA bu xəbəri Ağdam rayon Mərkəzi Xəstəxanasına istinadən yayıb.

E.Məmmədovun ağciyərində əməliyyat aparılıb. Onun gətirilməsini elə Bakıdan gələn mütəxəssislər məsləhət biliblər. Yaralı Bakıdakı Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə alacaq.

Ağdam rayonunun Əfətli kənd sakini, 38 yaşlı E.Məmmədov aprelin 27-dən 28-nə keçən gecə Ermənistan hərbi birləşmələrinin yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində qəlpə yarası alıb. Həmin vaxt rayonda daha 6 mülki şəxs yaralandı, iki nəfər isə həlak oldu.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Nardaranda tutulanlardan birinə 2 il həbs

%d bloqqer bunu bəyənir: