Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Yaralı əsgərlərə qan lazımdır: “Qan vermək istəyənlər müraciət etsinlər”

qanSosial şəbəkələrdə cəbhədəki gərginliklə bağlı yaralılara qan lazım olduğu ilə bağlı paylaşımlar edilir.

Mərkəzi Qan Bankının rəhbəri Pərvanə Hacıyeva virtualaz.org saytına açıqlamasında bildirib ki, bu gün daha 100 nəfər üçün ehtiyat qan göndərilib: “Naftalan şəhər xəstəxanasında müalicə alan yaralı üçün mənfi qan istənildi. Mərkəzə müraciət daxil olan kimi qan göndərildi. Hətta ehtiyat qan da göndərmişik. Ola bilər ki, bu yaralının qohumları müraciət ediblər”.

Mərkəz rəhbəri həm mənfi, həm də müsbət qan qrupları üzrə ehtiyat qanın olduğunu deyir: “Qan ehtiyatımız var. Bu gün 100 vahid qan göndərmişik. Səhiyyə Nazirliyi də vəziyyəti nəzarətdə saxlayır. İstənilən qan qrupu üzrə ehtiyacı olanlar bizim mərkəzə müraciət etsinlər”.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Rayon qeydiyyatlı avtomobillərin paytaxta giriş saatı – Dəyişdirildi

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: