24 saat

Yaqland İlqar Məmmədovla bağlı qərarı pislədi


Avropa Şurasının Baş katibi deyib ki, Azərbaycan hakimiyyəti ReAL Hərəkatının lideri İlqar Məmmədova dair həbs hökmünü qüvvədə saxlamaqla ölkənin hüquqi öhdəliyini pozub.

Cümə gün Azərbaycanın Ali Məhkəməsi İlqar Məmmədovun həbsi ilə bağlı Şəki Apelyasiya Məhkəməsinin qərarından kassasiya şikayətinə baxaraq onu qüvvədə saxlayib.

2014-cü ildə Avropa Məhkəməsi İlqar Məmmədovun dərhal azad olunmasını təmin edən addımlara çağırmışdı.

“Avropa İnsan Hüquqları Məhkəməsinin hökmünü icra etməyən Azərbaycanın ən yüksək məhkəməsi ölkənin hüquqi öhdəliyinə əməl etməyib”, – cümə günü Avropa Şurasının (AŞ) Baş katibi məhkəmənin qərarı ilə bağlı bildirib.

Tyorborn Yaqlandın bəyanatında deyilir ki, Azərbaycanın Avropa İnsan Hüquqları Konvensiyasına hörmətsizliyi AŞ ilə Azərbaycan arasındakı əməkdaşlığa xələl gətirir.

“Bu hadisə Konvensiyanın yerinə yetirilməsinə cavabdeh Avropa Şurasına üzv olan 47 ölkəyə təsir göstərir”. Cənab Yaqland məsələnin “təcili olaraq” Avropa Şurasının Nazirlər Komitəsinin növbəti iclasının gündəliyinə daxil ediləcəyini bildirib.

Azadliq.info

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: