Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Yaponiyada daha bir güclü zəlzələ

Yerin 10 kilometrliyində baş verən təkanların gücü Rixter şkalası ilə 7, 3 bal olub.

Yaponiyanın cənubundakı Kumamoto şəhərinin yaxınlığında gecə yarısı daha bir güclü zəlzələ baş verib.

Bundan bir gün əvvəl baş vermiş birinci zəlzələ nəticəsində 9 nəfər ölmüşdü.

Zəlzələ cümədən şənbəyə keçən gecə, yerli vaxtla saat 01:25-də (Qrinviç vaxtı ilə saat 15:25) baş verib.

Yerin 10 kilometrliyində baş verən təkanların gücü Rixter şkalası ilə 7, 3 bal olub.

Kuysu regionunda baş vermis bu zəlzələdə ilkin məlumatlara görə 3 nəfər həlak olub.

Bu ərazidəki su bəndlərindən biri uçduqdan sonra yaxınlıqdakı Nişihara kəndi evakuasiya edilib.

Yaponiyada zəlzələlər tez-tez baş versə də, bu ölkədə qəbul edilmiş tikinti normativlərinə uyğun ucaldılmış binalar nadir hallarda uçur və beləliklə, tələfat da kütləvi olmur.

Buna baxmayaraq, minlərlə insan evlərini tərk edərək gecəni açıqlıqda keçirir.

Bəzi binalarda 60-dək insanın ilişib qaldığı barədə xəbərlər alınır.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Yəməndə 6 min adam ölüb

%d bloqqer bunu bəyənir: