Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

SON DƏQİQƏ

Yaponiya imperatoru taxtdan getmək istədiyini bildirir

Yaponiya imperatoru Akihito yaş və sağlamlıq vəziyyətinə görə vəzifəsinə davam edə bilməyəcəyini açıqlayıb.

82 yaşlı imperator bu barədə indiyə qədər etdiyi ikinci televiziya çıxışında bildirib.

Yaponiya qanunvericiliyində imperatorun taxtdan getməsi təsbit olunmayıb. Onun getməsi üçün qanunda dəyişiklik edilməlidir.

Baş nazir Şinzo Abe bildirib ki, hökümət bu məsələni “ciddi” müzakirə edəcək.

10 dəqiqəlik televiziya çıxışında imperator Akihito deyib ki, o dövlətin rəmzi sayılan imperatorluq vəzifələrinin fasiləsiz həyata keçirilməsini doğru hesab edir.

“Mən narahatam ki, dövlət rəmzi olaraq bütün həyatım boyu indiyə qədər həyata keçirdiyim imperatorluq vəzifələrimi davam etdirmək mənə çətin ola bilər.”

O bildirib ki, imperator yaş və ya xəstəlik səbəbilə vəzifələrini yerinə yetirə bilmədikdə naiblik yaradıla bilər. Lakin, hətta bu halda belə imperator ömrünün sonuna qədər olduğu kimi qalır.

Konstitusiyaya əsasən imperatorun siyasi vəzifələri yoxdur, ona görə də onun imperatorluqdan imtinasına bir qədər siyasətə müdaxilə kimi baxılacaq.

Akihito 1989-cü ildə, atası Hirohito-nun ölümündən sonra taxta keçib.

Rəy sorğuları göstərib ki, Yaponiya ictimaiyyətinin böyük hissəsi onun qərarını dəstəkləyəcək.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Amerikalı konqresmenin oğlu faciəli şəkildə öldü

%d bloqqer bunu bəyənir: