24 saat

Yaponiya Çinə etiraz bildirdi


Yaponiya Şərqi Çin dənizində qaz yataqlarının mənimsənilməsi ilə bağlı Çin tərəfinin fəaliyyəti barədə məlumatlar təsdiq olunduqdan sonra bu ölkəyə etirazını bildirib.

Noyabrın 1-də jurnalistlərə müsahibə verən xarici işlər naziri Fumio Kişida Yaponiya tərəfindən dəfələrlə edilmiş xahişlərə baxmayaraq, Çinin həmin ərazidəki əməliyyatlarının təəssüf doğurduğunu qeyd edib. Nazir deyib ki, hələ də Şərqi Çin dənizində iki ölkə arasında dəniz sərhədi müəyyən olunmayıb.

Yaponiya və Çin 2008-ci ildə dənizdəki qaz ehtiyatlarının birlikdə mənimsənilməsi barədə razılıq əldə etsələr də, bu məsələ ilə bağlı müvafiq müqavilənin imzalanması başa çatdırılmayıb.

Çin Yaponiya ilə bu ölkəni ayıran xəttin yaxınlığında tikinti işləri aparıb. Yaponiya həmin xətti hər iki ölkəyə aid məxsusi iqtisadi zonanı müəyyən edən sərhəd xətti kimi qəbul etməyi təklif edib.(AzərTAc)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: