Now Reading:
YAP-çılar ələkdən keçirilir – REFERENDUM ÖNCƏSİ TƏLAŞ
Full Article 2 minutes read

YAP-çılar ələkdən keçirilir – REFERENDUM ÖNCƏSİ TƏLAŞ



Hakimiyyət daxilində referendum öncəsi böyük təlaş müşahidə olunur. Əhalinin sosial vəziyyətinin günbəgün ağırlaşması və işsizliyin böyük sürətlə artması, habelə son qiymət artımları fonunda hakimiyyət ölkədə iğtişaşların baş verəcəyindən çəkinir.

Müşahidələr göstərir ki, hakimiyyətin üst qatlarında buna qarşı adekvat addımlar atılmaqdadır. Belə ki, referendum qabağı müxalifətin etiraz etməsinə, təbliğat və təşviqat aparmasına heç bir vəhclə imkan verməyən iqtidar referenduma problemsiz getməkdə israrlı görünür.

Həmçinin, hakimiyyətdaxili qruplaşmaların bəzilərinin referendumu dəstəkləmədiyi, bu akta qarşı çıxdığı da bəlli olduğundan, müxalifətin keçirmək istədiyi aksiyalara bu qüvvələr tərəfindən ani dəstək verilə biləcəyi ehtimalı referendumun baş tutmasında maraqlı görünən qüvvələr tərəfindən hesablanaraq buna qarşı maksimum tədbirlər görülür.  Bununla bağlı redaksiyamıza daxil olan məlumata görə, Milli Şuranın 11 Sentyabr və Müsavat partiyasının 18 Sentyabr tarixlərinə təyin etdikləri mitinqlərə icazə verilməyəcək. Çünki hakimiyyətdaxili qruplaşmalardan veriləcəyi ehtimal olunan sürpriz dəstək sayəsində mitinqlərin kütəvi hal alacağına dair hakimiyyətdə qorxu var.

Redaksiyamıza daxil olan digər məlumata görə, rayon icra strukturları, Dövlət Təklükəsizlik Xidməti (DTX) və Daxili İşlər Nazirliyi (DİN) referendum öncəsi bütün ölkə əhalisinin siyasi baxışları və hakimiyyətə münasibəti ilə bağlı məxfi araşdırma aparıb. Araşdırmalarda hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvlərinin müxalifətə münasibəti, hansı səbəbdən YAP-a üzv olmaları, övladlarının siyasi baxışlarına xüsusi diqqət yetirilib.

Bizi bilgiləndirən mənbə araşdırmaların nəticələri ilə bağlı hər hansı bir məlumata malik olmadığını deməklə yanaşı, bu prosesin İyulun ortalarında başa çataraq Prezident Administrasiyasına göndərildiyini bildirib.

24saat.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: