Now Reading:
YAP ANS-in bağlanmasını dəstəklədi
Full Article 40 second read

YAP ANS-in bağlanmasını dəstəklədi



“Biz məhkəmə qərarlarına hörmətlə yanaşan bir təşkilatıq.

Artıq ANS-lə bağlı məhkəmə öz qərarını verib. Ortada olan materiallar araşdırılıb”.

Bunu  açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə deyib. Deputat, son olaraq məhkəmənin qərarına hörmətlə yanaşıldığını bildirib.

“Eyni zamanda, biz hüquqi dövlətdə yaşayırıq. Məhkəmə qərarına hörmətlə yanaşılmaldır. Məhkəmə artıq bu məsələyə son qoyub. Düşünürəm ki, məhkəmə qərarlarına rəy vermək düzgün deyil”.

Qeyd edək ki, dünən Ali Məhkəmədə ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasının ləğvi barədə Bakı Apellasiya Məhkəməsinin qərarından verilən kassasiya şikayəti üzrə proses keçirilib. Yekun olaraq Məhkəmənin qərarına əsasən, ANS-in şikayəti təmin edilməyib. (modern.az)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: