Loading...
Loading...
38543

“Yanğından bir ay əvvəl izlənilirdim”

Ağır Cinayətlər Məhkəməsində ötən il mayın 19-da Binəqədi rayonu ərazisində hündürmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsi ilə bağlı cinayət işi üzrə proses keçirilib. Hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə əlavə şahid qismində Miryusif Mahmudovun şəxsi sürücüsü  Rasim Qəhrəmanov ifadə verib. O bildirib ki, yanğın baş verən günü Miryusif Mahmudovla yolda olub. ” Miryusif müəllimə zəng edərək yanğının baş verdiyini bildirildi, biz də ora gedirdik.  Miryusif müəllim dərman atdı. Bu vaxt yenidən zəng gəldi, Miryusif müəllim dedi ki,  ofisə sür,  ora MTN əməkdaşları gəlib. Ofisin qabağında naməlum şəxslər var”. Şahid qeyd edib ki, bir qədər sonra Miryusif Mahmudov və daha iki nəfər maşına əyləşərək MTN-ə gedəcəklərini deyiblər. “Maşını MTN-nin qabağına sürdüm. Ora da Miryusif müəllim düşəndə dedi ki,  gözləmə. Axşam saat 5 radələtində Miryusif müəllim zəng vurdu və Baş Prokurorluğun Ağır Cinayətlər dair İstintaq İdarəsinin qabağına gəlməyimi istədi.  Saat 10-a kimi orada gözlədim”.
Əlavə şahid qismində digər ifadə verən“Qlobal Stone” MMC-nin ofisində mühafizəçi işləyən Elbrus Sultanov bildirib ki, yanğın baş verən günü ofisə 4 nəfər gəlib: “Vəsiqələrini çıxardıb MTN əməkdaşı olduqlarını bildiriblər. Ümumilikdə 12 nəfər gəlmişdi, 4-ü içəri girdi.  Onlar ofisdən sənədləri apardılar. Axşam tərəfi isə Baş Prokurorluğun əməkdaşları gəldi və ofisdə axtarış aparıldı”.
Təqsirləndirilən Miryusif Mahmudov bildirib ki,  hadisədən bir ay əvvəl həm telefonu dinlənilib,  həm də izlənilib: “İzlənməyimi sürücüm də bilib. Sürücümə deyirdim ki, onları aldat, dalımızca gələ bilməsin”.
“Qlobal Stone” MMC-də menecer Zaur Əbilov ifadəsində ofisə MTN əməkdaşlarının gəlməsindən danışıb: “Onları ofisdə  direktor İlqar  Vəliyev  qarşıladı. İlqar müəllim bildirdi ki,  şirkətin baş direktoruyam,  məni aparın.  İlqar müəllimi aparmadılar,  dedilər ki,  bizə Miryusif müəllim lazımdı.  Miryusif müəllim gəldi və onu apardılar”.
“Qlobal Stone” MMC-də mühafizəçi işləyən Samir Əsgərovsa ifadəsində deyib ki, yanğın baş verən günü işə gələndə ofisin qabağında xeyli adam vardı. “İçəri girmək istədim, dedilər MTN-dən gəlmişik, ofisə giriş bağlıdı”.
Proses noyabrın 22-də davam edəcək.
Xatırladaq ki, yanğın hadisəsi ilə əlaqədar 8 nəfər təqsirləndirilir. Binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “Qlobal Stone” və “Global Constuction” MMC təsisçisi Yusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, cinayət işinə “Dərnəgül Boru” Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.
Rəsmi məlumatlara əsasən, yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

24saat.org
Loading...

Cahangir Hacıyevdən ictimaiyyətə sensasion müraciət

Sonrakı Yazı »

Aydəm İsmayılov bu gün də “Akula Akif”lə şərikdir – Qalmaqal/FOTOLAR

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: