Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Yanğın neft qiymətinə təsir etdi – Bahalaşma

Kanadada neft sahələrinə yaxın bölgədə meydana gələn yanğın dünya bazarında neftin qiymətlərinə təsirsiz ötüşməyib.

Axar.az xəbər verir ki, neft istehsalçıları və iri şirkətlər baş verən yanğının ölkənin neft istehsalına ciddi təsir edəcəyi qənaətindədir. BP və digər böyük şirkətlər hadisədən sonra bəzi müqavilə şərtlərinə yenidən baxacaqlarını açıqlayıblar. “Statoil” və “Huski” şirkətləri də bölgədə istehsal miqdarını azaltmağa məcbur olub. Bununla da bir həftədir davam edən yanğın səbəbindən fəaliyyəti dayandıran şirkətlərin sayı 11-ə çatıb.

Qeyd edək ki, bu gün səhər saatlarından etibarən neft qiymətləri Asiya əməliyyatlarında 2% yüksəlib. “Brent” markalı xam neftin bir barreli 46 dollar, ABŞ nefti isə 45 dollara çatıb.

“Frost & Sullivan” şirkətinin direktoru Karl Larri neft qiymətlərinin tədricən artacağını deyib:

“Bir barrelin 80 dollar olacağını demirəm, amma 50 dollar və daha yüksək olacağı mütləqdir”.

Xatırladaq ki, 1 həftə əvvəl Kanadanın Alberta vilayətinin Fort-MakMerrey bölgəsində meşə yanğınları başlayıb. Yanğın 7500 hektar ərazini əhatə edir və indiyə qədər söndürmək mümkün olmayıb. Fort-MakMerrey Kanadanın neft sənayesinin ən vacib mərkəzi sayılır.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Türkiyə prezidenti “Axel Springer” konserninin rəhbərini məhkəməyə verib

%d bloqqer bunu bəyənir: