Loading...
Loading...

Yanan binaya görə həbs olunanlardan biri deputatın əmisi oğlu çıxdı-İDDİA

Xaləddin İsgəndərovun «qara kassiri» olan Qəzənfər Novruzovun bir qardaşı general, bir qardaşı departament müdiri, əmisi oğlu Siyavuş Novruzov isə deputatmış 

Ötən ilin mayında Binəqədi rayonunda binan yanınması məsələsinə görə, aparılan istintaq zamanı xeyli sayda adam həbs olunub. Xeyli insan tələfatı ilə müşayət olunan yanğında həbs olunanlar arasında Binəqədi icra başçısının müavini Qəzənfər Novruzov da var. JAM.AZ onunla bağlı maraqlı bir araşdırma aparıb.

Məlum olub ki, Qəzənfər Novruzov 2013-cü ilin dekabrında Binəqədinin icra başçısı Xaləddin İsgəndərov tərəfindən işdən azad edilib. Həmin vaxt yayılmış məlumatlarda vurğulanırdı ki, İsgəndərovun Novruzovu işdən azad etməsinə səbəb ciddi səhvlərə yol verməsidir. Lakin bu «ciddi səhv»lərin nədən ibarət olduğu barədə heç bir məlumat verilməmişdi. Elə bu səbəbdən idi ki, həmin ərəfədə Novruzovun işdən çıxarılması bəzi versiyalara yol açmalı oldu.

JAM.AZ xəbər verir ki, sözügedən şəxsin həbsinə səbəb onun yanan bina və digər binalarda üzlüklərin işlənilməsindən tutmuş, onların cinsinə qədər hər şeyə cavabdeh olmasıymış. Məlumatlara görə, ümumiyyətlə, Qəzənfər Novruzov Binəqədi rayonu ərazində heç də kiçik fiqur olaraq tanınmırmış. Onun nəzarətində rayonda torpaq alverindən tutmuş, adi bir evin tikilməsinə qədər bütün işlər olub. Təbii ki, bu işlərdən dolayı onun külli miqdarda pullar qazandığı sirr deyil.

Qeyd edək ki, Qəzənfər Novruzov Binəqədi rayonunda Xaləddin İsgəndərovun tikinti işlərindən əldə olunan gəlirlərə nəzarət edən kassiri kimi də tanınıb. JAM.AZ-a verilən məlumata görə, sözügedən şəxs icra başçısının təlimatı ilə rayon ərazində onun icazəsi və pulu ödənilmədiyi şəxsin tikintisini başına uçururmuş. Binəqədi rayonunda bir mərtəbəli evin tikintisi 5000 manatdan başlayır. Qiymət dəyişikliyi isə onun hansı ərazidə inşa ediləcəyi ilə bağlıdır. İki mərtəbəli evin inşası üçün İcra Hakimiyyəti adından tələb olunan məbləğ isə 15 min manatdan başlayıb, 30 min manata qədər arta bilər. Bu dəfə də məkan məsələsi önəm daşıyır.

Məlumatlarda deyilir ki, sözügedən şəxs həmçinin Xaləddin İsgəndərovun kassiri olaraq çıxış edib. Onun yığılan pulların hamısını birbaşa icra başçısına çatdırdığı isə sirrli məsələ sayılmırdı.

Bu əsnada onu da bildirək ki, Novruzovun bir qardaşı Məhərrəm Novruzov Abşeronun sosial müdafiə fondunun rəhbəri vəzifəsində çalışıb. Digər qardaşı Vaqif Novruzov isə Bakı Yaşıllaşdırma Departamentinin müdiridir. Qəzənfər Novruzovun daha bir qardaşı general-mayor Səbuhi Novruzov isə Naxçıvan MR daxili işlər nazirinin müavinidir.
Amma bütün bunlarla yanaşı, daha önəmli bir məsələ var. JAM.AZ xəbər verir ki, Qəzənfər Novruzovun ulduzunun parlamasında təkcə qardaşlarının deyil, eləcə əmisi oğlunun da rolu böyük olub.

Belə ki, deputat Siyavuş Novruzovun əmisi oğlu olduğu deyilən sözgedən şəxsin onun sayəsində imkanlar qazandığı vurğulanır. Hərçənd millət vəkili bir müddət əvvəl mətbuata verdiyi açıqlamasında bəyan edib ki, Qəzənfər Novruzov onun əmisi oğlu deyil. Siyavuş Novruzov Qəzənfər Novruzovla qohum olmadığını, amma onu yaxşı tanıdığını vurğulayıb. «Onunla heç bir qohumluq əlaqələrim yoxdur. Lakin onu yaxşı tanıyıram. Çox yaxşı kadrdır və bir neçə rayonda çalışıb”.

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

“Ölümündən bir neçə saat öncə zəng edib, dedi ki,…” – Şəhidin atası (FOTOLAR)

%d bloqqer bunu bəyənir: