Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
bina-yangin-19may2015-300x197.jpg

Yanan bina işi: "Bu binanı yandırmaq üçün uzun müddət hazırlıq işləri gedib"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il mayın 19-da Binəqədidə baş verən yanğına səbəb olmaqda təqsirləndirilən Uğur Bəşirov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən proses Binəqədi rayon icra başçısının sabiq birinci müavini Qəzənfər Novruzov barəsində təyin edilən tibbi ekspertizanın rəyi açıqlanıb.

Hakim bildirib ki, Q.Novrozuv səhhəti ilə bağlı verilən rəydə qeyd olunub ki, onda qara ciyərin hepatit C virus mənşəli sirrozu, şəkərli diabet, arterial hipertenziya, xroniki xolesistit, xroniki prostatik xəstəlikləri müəyyən edilib: “Bu xəstəliklər ağır kliniki gedişə malikdir və xəstənin müalicəyə ehtiyacı var. Adekvat müalicələr davam etdirilmədiyi təqdirdə, qeyd olunan xəstəliklər kəskinləşərək arzuolunmaz sonluqla nəticələnə bilər”.

Dövlət ittihamçısı bildirib ki, Q.Novruzovun xəstəlikləri onun barəsində cinayət işinin icraatının dayandırılması üçün qanunvericilikdə müəyyən olunan ağır xəstəliklər siyahısına daxil deyil: “Buna görə də, həbs-qətimkan tədbirinin dəyişdirilməsinə ehtiyac yoxdur”.

Vəkillər məhkəmə prosesinin videoçəkilişə alınması, zalda foto və video materialların nümayiş olunması üçün texniki avadanlıqların təmin edilməsi üçün vəsatət veriblər.

Videoçəkiliş aparılması barədə vəsatət təmin edilməyib, digər vəsatət isə təmin olunub.

Təqsirləndirilən Uğur Bəşirovun vəkili Cavid Rzazadə məhkəməyə təqdim etdiyi yanan binanın görüntüsünü əks etdirən 52 foto barəsində ekspertiza təyin olunması barədə ötən proses verdiyi və baxılmamış saxlanılan vəsatəti təkrar qaldırıb.

Hakim bu barədə qərar çıxarıldığı üçün yenidən müzakirə edilmədiyini bildirib.

Təqsirləndirilən Miryusif Mahmudov sərbəst ifadəsinə davam edib. O bildirib ki, binanın yandırılması üçün uzun müddət öncədən plan qurulub: “Yanğın başlayandan yarım saat sonra MTN-in xüsusi əməliyyat keçirərək bizim ofisi mühasirəyə alması müəmmalıdır. Bu yanğından 3 gün öncə Nərimanov rayonunda başqa bir binanı yandırmağa cəhd olunub, alınmayıb. Bununla bağlı cinayət işi də başlanılıb. Bu bina yanmağa başlayan kimi media məlumat yaydı ki, səbəb keyfiyyətsiz üzlüklərdi. Mən indi onları məhkəməyə verməliyəm? Mən həyatımı mübarizəyə həsr etmək istəmirəm, mən yaşamaq istəyirəm. MTN-də mənə yanıldıcı suallar verirdilər. Soruşurdular ki, rəqibin varmı, təzəlikcə işdən çıxardığın olubmu? Çünki gözəl bilirdilər ki, bir həftə əvvəl təsisçilərdən biri yila getmədiyimizə görə şirkətdən uzaqlaşmışdı. Günahı kiminsə üstünə atmaq istəyirdilər. Yanğın vaxtı da Sabunçu və Sumqayıtda binalarda üzlükləri sökənlər bir yerdən idarə olunanlar idi. MTN-dən prokurorluğa aparılanda sevindim, amma orada da müstəntiq qabağıma 3 kağız qoyub imzalatdırdı. Mayın 20-də prezidentin rəhbərliyi ilə keçirilən iclasda baş prokuror bizim şirkətə dair sənədləri təqdim etdi, amma bilmirəm nə səbəbə, fövqəladə hallar naziri bizim şirkət tərəfindən onlara sənəd daxil olmadığını dedi. Halbuki, biz bütün qurumlara lazımi sənədləri vermişdik. Mənə mütəşəkkil dəstə yaratmaq ittihamı verilib, amma burdakıları elə burada tanımışam”.

Prosesdə təqsirləndirilənlərdən biri, “Dərnıgül Boru Zavodu” QSC-nin Laboratoriya müdiri Ağacavad Məmmədovun səhhəti pisləşdiyi üçün təcili tibbi yardım çağırılıb. Qəzənfər Novruzovun da səhhəti pisləşdiyi üçün fasilə elan olunub.

Proses günün ikinci yarısında davam etdiriləcək. (Virtualaz.org)

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

ANS yenidən yayıma başlayır

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: