24 saat

Yanacaqdoldurma məntəqələrində çənə əlavə qatqılar vurulur – VİDEO


Paytaxtdakı bəzi yanacaqdoldurma məntəqələrində  sürücülərə avtomobilin yanacaq çəninə tökmək üçün əlavə qatqılar almaq təklif edilir. Onlar həmin qatqıların avtomobilin yanacaq sisteminə müsbət təsir edəcəyini iddia edirlər.

24saat.org xezerxeber.com-a istinadən bildirir ki, bəzi sürücülər isə həmin qatqılardan alıb istifadə edirlər.

Ekspertlər isə deyirlər ki, həmin qatqıların bütün avtomobillərə tökülməsi heç də düzgün deyil. Çünkü həmin qatqılar köhnə avtomobillərə tökülərsə, yanacaq sistemini sıradan çıxara bilər.

Ekspert Qurban Məmmov yeni avtomobili olan şəxslərə bu qatqılardan istifadəni tövsiyyə edir.

Əgər köhnə avtomobili olanlar bu qatqılardan istifadə etmək istəyirlərsə, mütləq əvvəlcə avtomobilin yanacaq sistemini təmizlətdirməlidir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: