Yalandan müflisləşmədə cərimələr artırılır

Azərbaycanda saxta müflisləşməyə görə cərimələr artırıla bilər.

«Trend»in xəbərinə görə, bu məsələ İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, saxta müflisləşmə görə cərimə ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək müəyyən edilir.

Hazırkı məcəlləyə əsasən, yuxarıda qeyd olunan hallara görə vəzifəli şəxslər 1000 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 10 min manatdan 12 min manatadək cərimə edilir.

Dəyişiklik Milli Məclisin mayın 6-da keçiriləcək plenar iclasına tövsiyə olunub.

Azərbaycanda gömrük ödəmələri və vergidən yayınmaya görə də cəzaların sərtləşdirilməsi gözlənilir.

“Milyarderlər İttifaqı”nın 2018 projesi: II İbrahimbəyov kimdir? – Özəl

Sonrakı Yazı »

Xarici valyutaların bu günə olan rəsmi məzənnələri açıqlanıb

%d bloqqer bunu bəyənir: