Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
30345

“Yağışı kəsdirməklə Hacıbala Abutalıbovu xilas edə bilərəm”

“15 il bundan əvvəl qonşum Azərin toyunda leysan yağış yağırdı. O biri qonşum Ağadayı dedi: ” Ağa, cəddinə qurban, bir dənə dua et yağış kəssin, gecdi, evə getmək istəyirəm”. Dedim sən inanırsan ki , dua etsəm yağış kəsər ? Dedi ki, mən sənin Oryoldaki çox möcüzələrinin şahidi olmuşam, inanmasam demərəm ki. Dedim elə isə bir dəqiqədən sonra dur get evinizə. Ətrafdakilər diqqətlə saniyələri izlədilər. 60 saniyə tamam olan anda yağış xırp kəsdi. Bir neçə nəfər hələ bayra çıxıb bir damla yağışın da yağmadığına əmin oldular. Hamı soka düşərək mat qaldı”.

Bunu Moderator.az-a açıqlamasında özünü İmam Mehdi elan edən Kazım Əziz bildirib.

Kazım Əziz bu gün başlayan aramsız yağışı da durdura biləcəyini, Bakını su basması nəticəsində çətin vəziyyətlə üzləşən Hacıbala Abtualıbovu çətin vəziyyətdən qurtara biləcəyini iddia edir.

Kazım Əziz başına gələn başqa maraqlı hadisələrdən də danışıb: “2006- cı ilin avqust ayının 17- də qatar rəisi İlham Şükürov məni Bakıya gətirərkən biz çatanda yağış yağacağını bələdçilərə söylədiyim halda həmin günü ( 18-i) aylıq normanın 30 %- i yağıb. Ümumiyyətlə, hər dəfə mən Bakıya qayıdanda hətta fevral ayında belə leysan yağış yağmışdır. İstənilən vaxt mən bir ölkədən başqa ölkəyə çatan kimi orada kəskin iqlim dəyişikliyi müşahidə etmişəm. Elə bu ilin 30 yanvarında Gürcüstandan Azərbaycana çatan gecə bütün ölkə ağ qar örtüyünə büründü ( ağ avtomobildə gəlmişdim ).

1998- ci ildən apardığım müşahidələr, məni qoruyan kometanın mənimlə hərəkətdə olduğunu sübut edir. İstənilən ölkədə baş verən meşə yanğınlarına milyonlar sərf edilir, amma mən Oryol şəhərinə gedən kimi leysan yağışlar yağdı.

Bir neçə il öncə redaksiyada “ Haqqın səsi” qəzetinin baş redaktoru Kəmaləddin, “ Axşam” qəzetinin redaktoru Camal müəllim və şair Mahmud Qacarla söhbət edirdik. Kəmaləddin müəllim dedi: Qar getdikcə güclənir, evə necə gedib çıxacaqsan? – Siz narahat olmayın, mən gedəndə qar kəsəcək, – söylədim. – Sən axşama qədər qarın kəsməsini gözləyəcəksən ? – dedi, de görək nə vaxt gedəcəksən? Mən 10 dəqiqədən sonra gedəcəyimi bildirdim. O, dedi: – Artıq 10 dəqiqə tamam oldu, qar isə daha da gücləndi.

Dedim, sizin saatınız səhvdi, 9 dəqiqə keçib deyəndə ətrafdakılar saatlarına baxıb təsdiqlədilər və son dəqiqənin saniyələrini izlədilər. 60 saniyə tamam olan kimi hamı pencərəyə yaxınlaşıb heyrətlə qarın kəsməsinin şahidi olaraq məəttəl qaldılar. Elə bu an Camal müəllim dedi, sən mənə “ Mühakimə” qəzetinin redaktoru Şəmsinin 20 gündən sora azadlığa çıxacağını söylədin düz çıxdı, amma mənə də demişdin nəşriyyatdan yaxşı bir yerə işə gedəcəksən, bəs nə oldu ?

Mən dedim, o zaman vaxtını söyləməmişdim, indi isə deyirəm bir aydan sora gedəcəksən.

Hal- hazırda o, o zamandan “Azpetrol”da mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışır.

Bir zaman mənə mənəvi dayaq durmuş Respublika Prokurorluğunun böyük prokuroru, polkovnik Alı Əhmədov da Binəqədi rayon prokurorluğunda müşavir işlədiyi illərdə ona: – Sən 2 aydan sonra şəhər prokurorluğuna, 6 aydan sora isə Respublika Prokurorluğuna vəzifəyə gələcəksən, – deyəndə mənim sözlərimə şübhə ilə yanaşırdı. Söylədiklərim dəqiqliklə özünü doğruldandan sonra mənimlə dostluq etməyə başladı. Bir dəfə onun əməliyyat olacağını həkim ona bildirəndə, cərrahiyyə əməliyyatından keçəcəyini mənə bildirdi və dedi: “ Əgər məni sağalda bilsən sənə inanaram”. Əlimlə ona səfa verəndə müainəyə ( təkrar) getdikdə həkim onun artıq sağaldığını və əməliyyata ehtiyac olmadığını bildirmişdi”.

Kazım Əziz deyib ki, 12 il öncə gördüyü yuxu möcüzəvi şəkildə düz çıxıb: “12 qoyunum 3 gün idi itmişdi, hər yerdən soraqlaşdıq gördüm deyən olmadı. Gecə yuxuda gördüm qoyunlarım gəlib. Oyandım, ayaq səslərini eşidəndə pəncərədən baxdım qoyunlar həqiqətən də tövləyə daxil olurlar. Ancaq təkcə bir iri qoçdan savayı. 2 gün də hər yerdə qoçu axtardıq tapa bilmədik. Doğmalarımın hamısı iri kök qoçdu ya kəsdilər, ya satdılar dediyi halda mən ümidimi Allahdan kəsməyərək, itən qoçu Allah yolunda qurban dedim, eşidənlərin çoxları hətta buna güldülər. Səhərisi gün qoç öz ayaqları ilə gələndə hamı mat qaldı. “Gördünüz, Allah yoxdan var eləyir” deyərək qoçu qurban kəsib payladım. Elə bu il Qurban bayramında İsmayıl qurbanı kəsdim ( 9- cu ay, kodum 9 olduğu kimi ) elə həmin gündə 20 ildir qərib düşmüş oğlum Əlini internet vaistəsi ilə Allah mənə yetirdi ( qubanımı qəbul etdi). Bir zamanlar Allah İbrahim peyğəmbərə də oğlu İsmayılın əvəzinə qurban kəsmək üçün qoç göndərmişdi. Bir zaman mənim də heç bir övladım olmadığı halda oğlumu Allaha qurban demişdim. Belim qırılandan bir il sonra Allah mənə oğul payı verdi. Ancaq onu ana bətnində ikən ( 5 aylıq ) uzaq ölkəyə qərib saldı. Belə qurbanı Allah qəbul etmədi. Xatırladım ki, mən qatarın altından çıxaraq sağ qalanda öz canımı Allah yolunda qurban demişdim və qurbanım qəbul olunmuşdu. Odur ki, mən özüm Allah qurbanıyam”.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Zərdabda pambıq yığmayan işsiz qalacaq

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: