Loading...

Yağış və qasırğa Daşkəsəni bu günə qoydu

Dünən axşam Daşkəsəndə müşahidə olunan əlverişsiz havaşəraiti bir sıra fəsadlar törədib.

Loading...

Daşkəsən Rayon İcra Hakimiyyətindən APA-ya bildirilib ki, mayın 23-də saat 18 radələrində rayonda güclü yağış yağıb, dolu düşüb. Bundan sonra güclü külək qeydə alınıb. Güclü qasırğa nəticəsində Daşkəsən şəhərinin 10-dan artıq yaşayış və inzibati binasının dam örtüklərinə və rayonun yol, elektrik, rabitə təsərrüfatına, əkin sahələrinə ziyan dəyib. Rayon sakininin fərdi minik avtomobilinin üzərinə ağac aşıb, maşın yararsız hala düşüb.

Baş vermiş təbii fəlakət barədə aidiyyəti üzrə qurumlar məlumatlandırılıb. Dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə işlər aparılır. Daxili imkanlar hesabına dəymiş ziyanın aradan qaldırılması üzrə müvafiq tədbirlər görülür.

 

Loading...

Rusiyanın ən titullu “vor zakon”u və onun azərbaycanlı cangüdəni həbs edildi -FOTO

Sonrakı Yazı »

Quduz it dişləyən 3 uşaq anası ölüm ayağında: Bakı sakinlərinə də təhlükə var

%d bloqqer bunu bəyənir: