Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Yadplanetlilərin “Metsamor” AES haqqında verdiyi sirli işarətlər – Şok araşdırma

Bu günlərdə Türkiyədə sərnişin təyyarəsinin pilotlarının naməlum uçan obyektlə qarşılaşması barədəki faktlar yadplanetlilər mövzusunu yenidən gündəmə gətirdi. Həmin istiqamətdə araşdırma apardıqda bu mövzunun gündəmdə olan digər bir məsələ ilə bağlılığını aşkarladıq: son günlər demək olar ki, dünyanın əksər aparıcı ölkə və təşkilatlarında, o cümlədən media vasitələrində müzakirə obyektinə çevrilmiş Ermənistandakı “Metsamor” Atom Elektrik Stansiyası…
 
Ermənistandakı AES artıq bir qəzadan zorla qurtulub…
Nəinki Qafqaz, Yaxın Şərq və Avropa üçün də real təhlükə mənbəyinə çevrilmiş “Metsamor” AES-də hələ sovet dövründə bir neçə dəfə qəza baş verib. Onlardan ən təhlükəlisi 1982-ci il oktyabrın 15-də olub. Stansiyanın birinci enerji blokunda generatorda baş vermiş partlayış nəticəsində böyük yanğın törənmiş və maşın zalı ciddi zərər görmüşdü. İşçi heyəttin əksəriyyəti panika içində reaktoru nəzarətsiz qoyaraq stansiyanı tərk etmişdilər. Yalnız Şimaldan – Kola yarımadasındakı AES-dən təyyarə ilə təcili gələn operativ qrup iş başında qalan operatorlara reaktoru xilas etməkdə kömək göstərmişdi(Medvedev,1989; Calendar of Nuclear Accidents, 1996)…
Ancaq həmin qəzadan ötən 34 il ərzində AES-in avadanlıqları tamamilə köhnəlmiş və müasir standartlara uyğun olaraq əvəzlənməmişdir. Dünyanın tanınmış atom mütəxəssisləri hesab edir ki, hazırda stansiyada hər an dəhşətli faciəyə səbəb olacaq qəza baş verə bilər. Ufoloq və ezoteriklər isə belə qəzalar barədə yadplanetlilər tərəfindən də xəbərdarlıqlar edildiyini söyləyirlər…
Qondarma “soyqırım” günü ABŞ-da NUO nədən göründü?
Belə fərziyyələrdən birini rusdilli saytlara müsahibəsində tanınmış Azərbaycan araşdırmaçı-ezoteriki Vaqif Ələkbərov irəli sürüb. Alim bunu ABŞ Hərbi Hava Qüvvələri(HHQ) tərəfindən Naməlum Uçan Obyektlərin(NUO) öyrənilməsi tarixində ən məşhur faktlardan birinin əsasında söyləyib. Həmin hadisə 1964-cü il aprelin 24-də(ermənilərin qondarma “soyqırım” günü-S.L.) Nyu-Meksiko ştatının Sokorro şəhərində baş verib. Olay Amerika mətbuatında geniş işıqlandırılmış və xüsusi komissiya tərəfindən öyrənilmişdir. O axşam polis əməkdaşı Lon Zamorra şəhərətrafı yolla gedirmiş. Birdən yuxarıdan partlayışla müşayiət olunan dəhşətli uğultu eşidilir. Səmaya baxanda polis göy-narıncı alov görür. O elə güman edir ki, yaxınlıqdakı dinamit anbarı partlayıb. Və hadisəni müşahidə etmək üçün bir təpənin üzərinə qalxır. Bir az aralıdakı yarğanda yumurta formasında alüminiuma bənzəyən parlaq metaldan olan ağ rəngli obyekt görünürdü.
Zamorra obyektin iki dayağını və aparatın gövdəsi üzərindəki “A” hərfini xatırladan, ancaq ortasında bir yox, üç horizontal xətt olan işarəyə diqqət edir. Obyektin yaxınlığında fəhlə kombinzonuna oxşayan geyimdə iki “adamcıq” görünürdü. Onlar obyektin gövdəsini yoxlayırdılar. Polis maşından düşənədək “adamcıqlar” yox olur. Sonra yenidən qulaqbatırıcı uğultu eşidilir, aparatın altından alov qalxır və o, yuxarı uçur. Polisdən savayı, daha üç nəfər də həmin yumurtavari NUO-nu gördüyünü söyləyir. Lakin ABŞ HHQ-nin və Federal Təhqiqatlar Bürosunun açılmış arxivlərində Lon Zamorranın başına gəlmiş insidentin araşdırılmasına hələ də icazə verilmir.
NUO düşən yerdə gizli nüvə araşdırmları laboratoriyası yerləşir…
 
Araşdırmaçı-ezoterik hesab edir ki, NUO-nun dəhşətli partlayış səsi ilə müşayiət olunan uğultudan sonra məhz Nyu- Meksiko ştatında görünməsi həmin ərazidə 1945-ci ildə dünyada ilk nüvə silahının sınağı keçirilmiş Alamoqordo poliqonunun yerləşməsi ilə əlaqəlidir. Burada həm də nüvə silahıyla bağlı gizli araşdırmalar aparan Los-Alamos milli laboratoriyası yerləşir. Sokorro coğrafi baxımdam nüvə poliqonuyla bu laboratoriya arasındakı yolun yarısındadır. Digər tərəfdən, NUO-nun yumurtavari və alüminuma bənzər materialdan olması elə 1945-ci ildə Naqasakiyə atılmış “Gombul” adlı eyni formalı və üzəri alümnium qatıyla örtülmüş atom bombasını xatırladır. Sokorradakı bu anomal hadisəylə ilk nüvə sınağı və Naqasaki faciəsi arasında 19 il var.
Diqqətəlayiqdir ki, eyni rəqəmə digər ufoloji hadisələrin analizi zamanı da rast gəlinir. V.Ələkbərov belə qənaətə gəlir ki, bütün bunlarla yadpalanetlilər bəşəriyyətə kütləvi qırğın silahıyla bağlı işlərdən xəbərdar olduqlarının mesajını veriblər… NUO-da Ermənistan bayrağının rəngləri və… Nyu-Meksikoda görünmüş NUO-nu digər əlamətlərini təhlil edən azərbaycanlı araşdırmaçı sensasion nəticəyə gəlir:”NUO-nun gövdəsindəki qırmızı rəng, ondan çıxan göy-narıncı alovla birlikdə Ermənistanın bayrağındakı qırmızı, göy və narıncı rənglərə işarədir.Ermənistanın ingiliscə adı “A” hərfi ilə başlayır. Bu versiyanın xeyrinə 3 horizontal xətt də çıxış edir. Ermənistan bayrağının 3 rəngi də horizontal yerləşib.Deməli, Ermənistanı nüvə ilə bağlı nəsə təhlükə gözləyir. Çox güman ki, bu,
Ermənistan AES-lə bağlıdır. Sözügedən ufoloji olayın tarixinə 19 əlavə etsək, 1983 alınar. Əgər “Metsamor” AES-in tikinti xronologiyasına nəzər salsaq, məhz 1983-cü ildə stansiyanın 3-cü və 4-cü bloklarının tikintisinə başlanmışdır. Lakin Çernobıl AES-dəki qəzadan sonra işlər dayandırılmışdır. Beləliklə, dolayısıyla olsa da, ABŞ-dakı ufoloji hadisə Ermənistan AES-dəki nüvə faciəsi mövzusuyla bağlıdır. Və bu, həmin AES-də Çernobıldakına bənzər faciə baş verəcəyi ehtimalını gücləndirir…”
Bakı, Göyçay,Yevlax və Bərdə “Metsamor”la eyni paraleldə yerləşir…Araşdırmaçı-ezoterik digər bir açıqlamasında “Metsamor” AES-lə bağlı həyəcanı bilavasitə son illər Azərbaycanda baş vermiş ufoloji olaylarla da əlaqələndirir.
 
V.Ələkbərov 2012-ci ildə Bakı, Yevlax, Bərdə və Göyçayda NUO görünməsi haqqında belə deyir:
”İlk baxışdan bu təsadüf kimi görünə bilər. Lakin ilin əvvəlindəki bir şərhimi xatırlatmaq istərdim: “Cəmi bir aya yaxın müddətdə mətbuatda Bakı, Yevlax və Bərdədə NUO görünməsi haqda informasiyalar yayıldı.Hər üç şəhər eyni paraleldə – 40-cı paraleldə yerləşir…”
Yəni bunları da nəzərə alsaq, artıq bir ildə yadplanetlilərin ölkəmizə 5 səfəri olub. Bu inadcıllıq və sistemlilik NUO-ların bizim regionda görünməsinin mənası barədə düşünməyə vadar edir…
NUO-lar Azərbaycana hansı mesajı verir?
Daha çox inandırıcı səbəb ciddi bir olay barəsində hansısa xəbərdarlıq edilməsidir. Fikrimcə, bu hadisə eyni 40-cı enlikdə yerləşən “Metsamor” AES-dəki qəza ola bilər. Bu hipotezi Azərbaycan və dünya mətbuatında “Metsamor”un bütün region üçün təhlükəli olması barədəki materiallar da təsdiqləyir:”Metsamor” ikinci Çernobıl ola bilər. Stansiya barədə narahatlığını Avropa Birliyi də bildirmişdir…” V.Ələkbərovun araşdırması Rusiya Atom Birliyinin saytında dərc edilib
Azərbaycanlı araşdırmaçının sözügedən açıqlamaları bir sıra xarici, o cümlədən Rusiya KİV-də də nəşr edilmişdir. Vaqif Ələkbərovun fərziyyələrinin ciddiliyini 2015-ci ilin iyununda Rusiya Atom Birliyinin saytında( http://www.atomic-energy.ru/news/2015/06/17/57717) onun həmin il iyununda 6-da Adıgey Respublikasının Dondukovskaya kəndi yaxınlığındakı tarlada 6 sirli dairənin peyda olmasıyla bağlı araşdırmasının dərc etməsidir. V.Ələkbərov yalnız yadplanetlilər tərəfindən çəkilə biləcəyi ehtimal edilən həmin dairələrin də “Metsamor” AES-dəki faciə barədə xəbərdarlıq olduğunu əsaslandırıb… Yadplanetlilərin, NUO-ların mövcudluğu tam elmi təsdiqini tapmayıb. Kimlərsə bu yazıda deyilənlərə inanmaya bilər. Amma bütün hallarda Ermənistandakı AES bəşəriyyət və xüsusən Azərbaycan və digər qonşu ölkələr üçün növbəti gerçək fəlakət mənbəyidir. Odur ki, hər vasitə ilə bu barədə həyəcan təbili çalmaq gərəkdir…
Moderator.az

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Ermənilər üç azərbaycanlının üstünə benzin töküb yandırdı

%d bloqqer bunu bəyənir: