Loading...
Loading...
rr-24

Yadplanetlilərin gizli məntəqəsi ÜZƏ ÇIXDI – ŞOK VİDEO

Ufoloqlar Günəşin enerjisini çəkən Uçan Naməlum Obyekt (UNO) aşkar ediblər. Publika.az xarici mediaya istinadən xəbər verir ki, kadrlar Günəşi müşahidə etmək üçün yaradılan SONO adlı kosmik aparatın köməyi ilə alınıb.

Bu aparat Amerika Milli Kosmik Agentliyi (NASA) və Avropa Kosmik Agentliyinin birgə layihəsidir. 1995-ci ilin dekabrında buraxılan aparat yarım il sonra işə başlayıb.
Ufoloqlar hesab edir ki, bu kadrlar Günəşin yadplanetlilər tərəfindən “yanacaq doldurma stansiyası” kimi istifadə olunduğunu sübut edir. Bu, birinci hadisə deyil ki, yadplanetlilərin Günəşin enerjisini çəkdiyi iddia edilir. Ufoloqlar əvvəllər də bunu edən nəhəng yadplanetli kosmik gəmini gördüklərini bildiriblər. Xüsusi halda, bu cür xəbərlər cari ilin aprel və iyul aylarında, həmçinin 2015-ci ilin noyabrında meydana çıxıb. Adətən, ciddi mütəxəssislər belə xəbərləri şərh etmirlər. Ötən ilin sonunda NASA-nın astronavtı Dryu Fostel bildirib ki, alimlər diqqətni şişirdilmiş mövzulara cəlb etmək istəmirlər.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Ermənistanın bütün nazirliklərində azı 20 faiz ixtisar olacaq

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: