Loading...
Loading...
kamran-aqayev2

“Ya 10 günə qayıdacam, ya da karyeramı bitirəcəm” – Kamran Ağayev

Portuqaliyanın “Boavişta” klubunda çıxış edən Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin zədəsindən danışıb.

“Qafqazinfo”ya açıqlama verən təcrübəli qolkiper ciddi problem olduğunu desə də, tezliklə meydana qayıtmaq istədiyini bildirib: “Məşqdə zədələndim. Özü də sağlam olan sağ ayağımdan xəsarət aldım. Bu qismətdir. Həmişə gəlib pik nöqtəyə çatanda zədə alıram. “Qəbələ”də, “İnter”də, “Kayserispor”da da belə oldu. Dəfələrlə əməliyyat olundum. Bu zədələrin əlindən bezmişəm. Ümid edirəm ki, tezliklə sağalacam. Düzdür, ayağımın durumu pis gündədir. Hazırda ayağımın dərisi qapqaradır. Həkimlər minumum 2 ay desə də, mən özümə güvənirəm. İnanıram ki, tez qayıdacam. Çünki futbol oynamaq istəyirəm. Mən burda xalqımı təmsil edirəm və onları ancaq sevindirəcəm. İstəmirəm ki, azarkeşlər mənə görə üzülsünlər”.

Zədələnməyinə əsəbiləşən millimizin qapıçısı ya 10 günə meydana dönəcəyini, ya da karyerasını bitirəcəyini sözlərinə əlavə edib: “Futbolda belə bir şey var ki, futbolçunun ilk həkimi özüdür. Mən ya 10 günə meydana qayıdacam, ya da karyeramı bitirəcəm. Xəstəxanada yatmaqdan bezmişəm. Nə qədər olar zədələr? Artıq həkimlər də məni tanıyırlar. Görəndə deyirlər ki, sən yenə gəlmisən? Futbolu buraxmaq istəmirəm. Daim komandamın yanında olmalıyam. Beş gün sonra MRT olacam. Ondan sonra 5 gün müalicə və test…

Dəqiq cavablar bilinəcək. Amma mən 10 gün sonra çıxıb oynayacam. Düzdür, qayıdıb zədələnsəm, daha ciddi problem olacaq. Lakin özümü qoruyacam. Məni sevənlərə də deyirəm ki, tezliklə meydanda gözləsinlər”.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

İlin ən yaxşı futbolçusu adına üç namizəd: Ronaldo, Qrizman və Messi

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: