Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Xüsusi təyinatlılar bu bölgəyə hücuma hazırlaşırlar – FOTO

Türkiyə xüsusi təyinatlıları rəsmi Ankaranın “qırmızı xətt” elan etdiyi Fərat çayının qərbindəki Cerablus bölgəsinə girməyə hazırlaşırlar.

Cümhuriyyət.az publika.az-a istinadən bildirir ki, Suriyada İŞİD-in hakim olduğu bölgədən Kilisə atılan raketlərin çoxsaylı vətəndaşın ölümünə səbəb olmasına görə, təhlükəsizlik tədbirləri artırılıb. Bu tədbirlər sırasında xüsusi təyinatlıların sərhədin Suriya tərəfinə keçməsi də daxildir.

Məlumata görə, İŞİD-ə qarşı qurudan keçiriləcək əməliyyata havadan da dəstək veriləcək. Xüsusi təyinatlıların məqsədi İŞİD-i Türkiyə sərhədindən 40-50 kilometr uzaqlaşdırmaqdır. Plana görə, İŞİD çox dirəniş göstərərsə, o zaman, “Uçar Birlik Hərəkatı” adlı əməliyyata başlanacaq. Belə ki, 8 nöqtəyə eyni anda əməliyyat keçiriləcək. İŞİD-dən təmizlənən ərazilərə PYD-nin (PKK-nın Suriya qolu) girməsinə icazə verilməyəcək.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Platininin cəzası yenə yüngülləşdirildi

%d bloqqer bunu bəyənir: