Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

SON DƏQİQƏ

104692

Xuduoğlunun ofisindən oğurluq edənlər tutuldu

Bakıda oğurluq edən dəstə üzvləri zərərsizləşdirilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, DİN-in və Bakı BPİ-nin Təhlükəsiz Şəhər Xidmətləri və Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Feyruz Novruzov, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Natiq İsayev, İsmayıl Yusifov, Neftçala rayon sakinləri Vüsal Əsgərov, Şahmar Abdulov və Zəngilan rayon sakini Vüqar Səlimov saxlanılıblar. F.Novruzovdan 1,26 qram heroin, N.İsayevdən 1,32 qram, İ.Yusifovdan 2,37 qram, V.Əsgərovdan 1,515 qram, Ş.Abdulovdan 1,375 qram və V.Səlimovdan 1,960 qram tiryək aşkar edilərək götürülüb.

Nəsimi RPİ tərəfindən V.Səlimovun və F.Novruzovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların sentyabrın 27-də Bakı şəhər sakini Şahbaz Rüstəmxanlıya məxsus “Nəşriyyat evi”ndən 4200 manat pul oğurlamaları müəyyən edilib.

Araşdırmalar zamanı V.Səlimovun sentyabrın 26-da Nigar Köçərlinin müdir işlədiyi “Qanun” Nəşriyyatı MMC-yə məxsus ofisdən də içərisində 13 min manat olan seyfi oğurlaması, həmçinin həmin MMC-də çap şöbəsində işləməsi də müəyyən edilib.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Bakıda ərəb turistlər yol qəzasında öldü

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: