Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Xristianları öldürməyə çağıran imamın oğlu tutuldu

Belçikanın Verve şəhəri ətrafında xristianları öldürməyə çağırış edən imamın oğlu saxlanılıb.

24saat.news  xarici mediaya istinadən xəbər verir ki, müsəlman din xadiminin 17 yaşlı oğlu Sohid Vervenin küçələrində getdiyi anları əks etdirən görüntüləri internetə videoçarx kimi yerləşdirib.

O, həmin videoda xristianların ünvanına ölüm hədələri ilə ərəb dilində mahnı oxuyur. Yeniyetməyə qarşı cinayət işi qaldırılıb.

Bundan əvvəl onun atası, imam Alaminin ekstradasiyası proseduru başlayıb. Din xadimi islamçı gənclərin radikallaşmasına yönələn sələfiliyi təbliğ etməkdə günahlandırılır.

Digər məlumata görə, yeniyetmənin ata və anası da saxlanılıb.

 

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Sergey Şoyqu axtarışa verildi – UKRAYNADA

%d bloqqer bunu bəyənir: