Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Xoşqədəmdən ANS-in bağlanmağına münasibət: “Yıxılanı baltalamayın!”

Tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı ANS televiziyasının yayımının dayandırılmasına münasibət bildirib.

24saat.org qafqazinfo-ya istinadən xəbər verir ki, hal-hazırda fəaliyyətini Xəzər TV-də davam etdirən aparıcı ANS-lə bağlı məlumatlara sevinənləri qınayıb.

Xoşqədəm Hidayətqızının məsələ ilə bağlı fikirlərini təqdim edirik:

“İki gündür Arda bir az rahatsız və yollar… Dünən axşam yerləşdik otelə və nəhayət ki, mən də imkan tapdım iki gün sonra sosial şəbəkələrə göz gəzdirim. Statusların böyük əksəriyyəti ANS-in bağlanması ilə əlaqədardır. Kimisi bu addımı pisləyir, kimisi də… Bax bu ikincilər ki, var onların o sevinc yağan statuslarını oxudum və açığı üzüldüm. Niyə sevinirsinız? Nə olub? Dostlar, niyə biz yıxılanı baltalamaq üçün məqam gözləyirik, axı niyə? Bilirsiniz nəyi xatırladım?! “Səni axtarıram” bağlanmadan üç gün öncə tanıdığım bir şəxslə danışırdım, mənə və proqrama təriflər yağdırır, hətta dedi “Səni axtarıram”ın əhəmiyyəti ilə bağlı bir yazı hazırlamaq istəyir. Dedim sağ ol, istəmirəm yazma, onsuz da bilən bilir. Üç gün sonra “Səni axtarıram” bağlandı və həmin adam mənim və proqramın əleyhinə elə bir yazı yazmışdı ki,.. Gözlərimə inanmadım. Yəni mən bu halları görmüşəm, yaşamışam. Cavab belə verməmişəm, vermərəm də. Ancaq bu olay fərqli bir olaydır. Dayana bilmədim, yazmaq istədim. Təbii ki, bu günlər arxada qalacaq və hər şeyi qoyaq bir kənara, bu olaya sevinənlər, unutmayın, orda yüzlərlə insan çalışır, evinə çörək aparır. Belə çıxır onların ailəsinə çörək pulu apara bilməyəcəyinə sevinirsiz.

Qısası, yıxılanı baltalamaq çox asan. Məsləhətim, yıxılanı baltalamayın!!!”

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Ərdoğanın qaldığı otelə hücum təşkil edən general həbs edildi

%d bloqqer bunu bəyənir: