Advertisements
24 saat

Xoşqədəm və faş olan gerçəklər…


Xoşqədəm Hidayətqızını çoxdan tanıyıram. Hardasa 20 il olar. “3 nöqtə” qəzetinə qədərki dövrünü də yaxşı xatırlayıram. Hətta mənim maşınım yoxkən onun maşın sürdüyünü, bir dəfə bir tədbirdən çıxdığımız zaman yolüstü məni də mənzilə çatdırdığını şükranla xatırlayıram.

Həmkarımdır. Bir-birimizə qarşılıqlı sayğımız var və heç bir zaman nə açıqda, nə də arxada yaxşımızı-pisimizi mənfi yöndə müzakirə etməmişik. Bütün bu illər ərzində tam əmin olmuşam ki, Xoşqədəm (sadəcə illərin tanışı, həmkarı olduğumuz üçün bir-birimizə adımızla müraciət edirik) zəhmətkeşdir. Bütün qazandıqlarını durmadan çalışması, işləməkdən qorxmaması hesabına əldə edib. Eyni zamanda onun bir istedadlı jurnalist, üstəlik də güclü fantaziya sahibi olduğunu bilirəm. Əlavə olaraq bugünlərdə “Əməkdar jurnalist” fəxri adına layiq görülməsini də tam yerində sayır, onun halal haqqı kimi qəbul edirəm. Bütün bunlar öz yerində.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: