Xomeyninin naxçıvanlı dostu öldü – Ən yaxın adamı


Ayətullah Əbdülkərim Musəvi Ərdəbili 90 yaşında vəfat edib. Bu barədə informasiyanı İran mətbuatı yayıb.

Son bir neçə gün komada qalan Ərdəbili ürək çatışmazlığından vəfat edib.

Qeyd edək ki, Ərdəbili İran inqilabının lideri Xomeyninin ən yaxın adamlarından biri olub. 1979-cu il inqilabından sonra bir müddət prezident şurasında fəaliyyət göstərib. O, həmçinin İran məhkəmə sisteminə də rəhbərlik edib.

Ərdəbilinin əsli Şimali Azərbaycandandır. Babaları Naxçıvanın Ordubad rayonundan Cənubi Azərbaycanın Ərdəbil şəhərinə köçüblər.

Qaynarinfo.Az

Zərdabda misli görünməmiş rəzalət – DSMF-in şöbə rəisinin insanlığa ləkə olan addımı – ŞİKAYƏT

Sonrakı Yazı »

“Yaxşılığın mükafatı budurmu?” – Xoşqədəm

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: