Advertisements
24 saat

Xocalı soyqırımını tanıyan erməni öldü


Ermənistan Helsinki Assosiasiyasının sədri, hüquq müdafiəçisi Mikael Danielyan ölüb.

24saat.org  saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə “Asparez” klubunun sədri Levon Barseqyan bildirib.

 

Xatırladaq ki, Mikael Danielyan 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Xocalıda soyqırımı törətməsi faktını tanıyan azsaylı ermənilərdən hesab olunurdu.

 

O, faciənin törədilməsinə görə, Azərbaycan xalqından üzr istəmişdi.

 

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: