Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Xmelidze Rusiya komandasının Azərbaycana 1:12 uduzmasından danışdı

Qazaxıstanın paytaxtı Astanada yeniyetmə futbol milləri arasında keçirilən “Prezident Kuboku” yarışında Azərbaycana 1:12 uduzan komandanın kimliyi müəyyənləşib. Bundan əvvəl Tacikistana 0:6, İrana 0:10 uduzmuş bu komandanın Rusiya-2 olduğu iddia edilsə də, belə olmadığı aşkara çıxıb. 

Qaynarinfo.Az xəbər verir ki, heyətində ruslar, ermənilər və gürcülərin olduğu komandanın baş məşqçisi David Xmelidze bütün söz-söhbətlərə aydınlıq gətirib.

– Bu sadəcə dəhşətdir. Uşaqlar şokdadır. Yaxşı, mən böyük adamam və həyatda hər şeyi görmüşəm, bəs uşaqların günahı nədir? Nə biz, nə təşkilatçılar deməmişdi ki, bizim komanda Rusiyanın yeniyetmələr yığmasıdır. Biz ümumiyyətlə ona görə getmişdik ki, belaruslular və əsl Rusiyanın yeniyetmə yığması turnirə qatılmaqdan imtina etmişdilər. Onlara əvəz axtarmaq lazım idi. Mənim Qazaxıstanda çoxlu dostlarım var. Turnirə 2 həftə qalmış bizə təklif gəldi. Mən dedim ki, biz öz-özümüzə ora gələ bilmərik. Onda Krasnodar diyarının futbol federasiyasından rəsmi təklif gəldi. Ordan Soçi futbol hazırlığı mərkəzinə bizim “İnter” (Soçi) komandası qoşuldu. Biz buna razılaşdıq. Niyə də razılaşmamalıydıq? Öz pulumuza ora getdik. Təşkilatçılar “Rusiya-2” (Krasnodar diyarı) adını bizə təklif etdilər. Biz isə buna qarşı çıxmadıq. Burda yeniyetmələr yığması var?

– Ola bilsin ki, məsələ Qazaxıstan Futbol Federasiyasının saytında gedən xəbərlərdən sonra başladı. Orda sizi “Rusiyanın yeniyetmələr yığmasının baş məşqçisi” kimi təqdim etmişdilər… 

– Biz ki bunda günahkar deyilik. Mən ki deməmişəm: “Salam, mən don Fabio Kapelloyam!”. Biz özümüzü Krasnodar diyarını təmsil edən komanda kimi aparmışıq.

– Çoxlarını matçlardakı böyük hesablar təəccübləndirdi…

– Biz turnirdə ən kiçik komanda idik. Uşaqların cəmi 14-15 yaşı vardı. Burda isə 17 yaş və ondan böyüklərdən ibarət yeniyetmə komandalar oynayırdı. Təəssüf ki, böyük uşaqlar tapa bilmədik. “Krasnodar” və “Kuban”ın akademiyalarındakı uşaqların hamısı tətildə idi.

– İnternetdə sizin çıxışınız səs-küyə səbəb oldu…

– Bəli. Başlıqlar belə idi: “Saxtakarlar”, “Bəxtsizlər”. Yenə deyirəm. Heç kim deməmişdi ki, biz Rusiyanın yeniyetmələr yığmasıyıq. Əgər biz belə adlandırsaydıq, bu, cinayət olardı. Yeri gəlmişkən, ötən il bu turnirə Moskvanın “Çertanovo” komandası qatılmış və 8 komanda arasında VII yeri tutmuşdu. Onları ümumiyyətlə “Rusiya” adlandırırdılar. Bəs onda niyə heç kim saxtakarlıq haqda bağırmırdı?

Biz turnirdən razılıq almışdıq. Sonra internetdə bezdirmələr başladı. Hətta Qazaxıstan Futbol Federasiyasının vitse-prezidenti bununla bağlı mətbuat konfransı keçirməli oldu. Və o düzgün olaraq məsələyə yanaşdı. Dedi ki, Krasnodar diyarı Rusiya deyil? Bizə Qazaxıstanda hamı sağol dedi ki, gəlmisiniz. Öz evimizdə isə söyürlər… Uşaqların valideynləri şokdadırlar. Ümumiyyətlə, uşaqlar sönüblər. Belə şeydən sonra, mənə elə gəlir ki, bizdə heç vaxt futbol olmayacaq. Və bilirsiniz ki, ən incidiyim şey nədir?

– Nə?

– Ötən il bu komanda ki Soçidə keçirilən I Ümumdünya Yeniyetmələrin Oyunlarında iştirak etmişdi. Və orda I yeri tutmuşdu. Marat Safin mükafatlandırmaya gəlmişdi! Ancaq heç bir insan bizim haqda heç nə yazmadı.

– 2 başlı qartal olan formanı hardan tapmışdınız?

– Mən gözəl olsun deyə onları almışdım. “Yuventus”un düşərgəsində olduğumuz vaxt 1 həftə italyanlarla məşq etmişdik. Həmin stajirovka vaxtı uşaqlara onlar klublarının formasını hədiyyə etmişdilər. Biz bu formalarla bəzən yoldaşlıq matçlarında oynayırıq. Ancaq İtaliyadan heç kim zəng etmir, heç kim bu haqda yazmır. Əksinə, onlar bundan xoşbəxtdirlər…

Bizim uşaqlardan kimi kvas satır, kimi çimərlikdə şəmsiyə satır. Və bu pullar sonra turnirlərə, formaların alınmasına xərclənir. Onları alqışlamaq lazımdır, onlara çirkincəsinə mane olmaq yox! Baxın, ona görə Rusiyanın gənclər yığması Azərbaycana 0:3 uduzur. Amma heç kim demir ki, onlar II dərəcəli komandaya uduzublar.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Rioda medal ala bilməyən idmançımız azərbaycanlıları təhqir etdi

%d bloqqer bunu bəyənir: