Xırdalana 3 gündür su verilmir

Xırdalan dairəsində artıq 3 gündür su verilmədiyi bildirilir. Bu barədə sakinlər özləri AzadlıqRadiosuna məlumat veriblər.

Sakinlər deyirlər ki, onlardan bəziləri oruc tutur. Axşam saatlarında məcbur olub kənar yerlərdən su daşıyırlar. Sakinlərin deməsinə görə, yerli aidiyyəti orqanlara müraciətləri də bir səmərə vermir.

«Azərsu» ASC-nin mətbuat xidmətindən bildiriblər ki, adıçəkilən ünvanlara suyun verilməməsi təzyiqin aşağı olması ilə bağlıdır. Görülən tədbirlər nəticəsində bu gün axşama həmin ünvanlara su verilməsi nəzərdə tutulur.

azadliq.org

15 nəfəri öldürən penoplast deputatın “Kristal Abşeron”una üzlənib – Şikayət

Sonrakı Yazı »

İyul ayında 40 dərəcəyə yaxın istilər gözlənilir

%d bloqqer bunu bəyənir: